AYDIN☺☻☺☻☺☻☺

Şəlalə


Şəlalə — suyun çay yatağında bərk süxurdan əmələ gəlmiş çıxıntı üstündən dik tökülməsi.Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gətirir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı)və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir. Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq,Afurca vəs.) var.

Şəlalənin əsasən iki tipi vardır:
1.Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi.
2.Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür.
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol